Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda 18 yaşlı qızın dəhşətli sonu – YENİLƏNİB
Bakıda 18 yaşlı qızın dəhşətli sonu – YENİLƏNİB
18 Noyabr 2014 / 16:54 / Baxış sayı: 82
Font1 Font2 Font3 Font4
Qardaşı və anasını itirən qız intihar edib
Noyabrın 17-də Bakının Sabunçu rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məhəmmədi qəsəbəsində 1996-cı il təvəllüdlü Abdulzadə Ləman Süleyman qızı özünü kirayədə yaşadığı evdə asıb. 18 yaşlı qız elektrik naqili ilə ayaqlarını çarpayıya bağlayıb. Daha sonra naqilin bir ucunu qapının əlcəyinə keçirən L.Abdulzadə özünü boğaraq intihar edib. 
Bildirilir ki, intihar edən 18 yaşlı qızın anası 3 ay əvvəl dünyasını dəyişib. Bundan əvvəl isə onun qardaşı vəfat edibmiş. Əslən Şəki rayonundan olan L.Abdulzadə atası ilə birlikdə Məhəmmədidəki evdə kirayə yaşayırmış. Dünən axşam saatlarında evə qayıdan Süleyman Abdulzadə qapının arxadan bağlandığını və qızının telefon zənglərinə cavab vermədiyini görüb. Qapını sındıraraq içəri daxil olan ata qızının intihar etdiyini görüb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

*****
12:11

Bakıda intihar hadisəsi baş verib.Lent.az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda 18 yaşlı qız özünü öldürüb. Məhəmmədi kəndində yaşayan Abdulzadə Ləman Süleyman qızı qeyri-adi şəkildə intihar edib. Belə ki, çarpayısını şaquli vəziyyətdə qoyan qız elektrik naqili ilə özünü ayağından asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı Sabunçu rayon Prokurorluğu araşdırma aparır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə