Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nərimanov gəncləri “Sönmüş taleylər” tamaşasına baxdı
Nərimanov gəncləri “Sönmüş taleylər” tamaşasına baxdı
18 Noyabr 2014 / 16:58 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Nərimanov rayonunun yeniyetmə və gəncləri Dərbənd şəhərinin Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sönmüş taleylər” tamaşasına baxmışlar

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən əhali arasında maarifləndirmə işləri gücləndirilir və profilaktik tədbirlər davam etdilir.

Növbəti tədbir Səməd Vurgun adına Rus Dram Teatrında təşkil olunmuşdur. Nərimanov rayonu ilə qardaşlaşmış Dərbənd şəhərinin Azərbaycan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sönmüş taleylər” tamaşası narkotiklərin bir ailənin məhv olmasına gətirməsi mövzusuna həsr edilmişdir. Bu tamaşaya Nərimanov rayonunun yeniyetmə və gəncləri ilə birgə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri İradə Mahmudova və digər Komissiya üzvləri baxmışlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə