Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ konqresmeni Barak Obamanı Azərbaycana dəstək verməyə çağırdı
ABŞ konqresmeni Barak Obamanı Azərbaycana dəstək verməyə çağırdı
18 Noyabr 2014 / 17:47 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

ABŞ konqresmeni Mayk Doyl Prezident Barak Obamaya müraciət edərək, Azərbaycana ardıcıl dəstək verməsinin əhəmiyyətini vurğulayıb. Konqresmen M.Doyl öz məktubunda Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və mühüm strateji tərəfdaşı olduğunu, habelə regiondakı mövcud çağırışlara baxmayaraq, ABŞ ilə tərəfdaşlığa sadiq qaldığını qeyd edib. O, ölkəmizin Əfqanıstan və İraqdakı əməliyyatlara dəstəyini təqdir edib.

Eyni zamanda, konqresmen Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kəmərlərinin önəmini qeyd edərək, Azərbaycanın Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfəsini qabardıb.

Amerikalı konqresmen məktubunda Azərbaycanın əhəmiyyətli iqtisadi inkişafa nail olduğunu və Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük iqtisadi tərəfdaşı olduğunu yazıb. Eyni zamanda, Azərbaycanda kök atmış dünyəvilik və dözümlülük ənənələrini xüsusi qeyd edib. Qeyd edək ki, ABŞ konqresmeni Robert Aderholt da Prezident B.Obamaya məktubla müraciət edərək, Birləşmiş Ştatları Azərbaycana dəstək verməyə çağırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə