Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “avtoş” polisi küçə ilə sürüdü
Bakıda “avtoş” polisi küçə ilə sürüdü
18 Noyabr 2014 / 18:00 / Baxış sayı: 42
Font1 Font2 Font3 Font4

Noyabrın 17-dən 18-nə keçən gecə, saat 01:15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb. Bu barədə vesti.az-a Nərimanov Rayon Polis İdarəsindən bildiriblər. İnsident Xətai № 40 evin yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyeva məxsus, “Toyota Prado”nun müəyyən edilməyən sürücüsü, yol hərəkət qaydalarını pozub, buna görə 1979-cu il təvəllüdlü yol polisi əməkdaşı Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb. Polis açıq pəncərədən sənədləri yoxlamaq üçün əlini içəri salarakən sürücü ani pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinin əlini sıxıb. Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib.

Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN hospitalına çatdırılıb.

Hal-hazırda polis kobud sürücünü axtarır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə