Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Dövlət qulluğuna qəbulla bağlı ciddi problemlər var”
“Dövlət qulluğuna qəbulla bağlı ciddi problemlər var”
18 Noyabr 2014 / 18:09 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc təhsil sahəsində olan problemlərə toxunub. Onun fikrincə, yeni nazir təhsil sahəsində islahatlar aparmağa çalışır: “Lakin təəssüflər olsun ki, müəllimlərin əmək haqları, sosial durumları yaxşılaşmayıb.

Təklif edirəm ki, TQDK-ya müəllim biliyinin müəyyənləşdirilməsi səlahiyyəti verilsin Amma bu könüllülük prinsipinə əsaslanmalıdır. Bundan sonra 180 min müəllimi attestasiya etməklə onlarla bağlı “peşəkardır, qeyri-peşəkardır” kimi tərəddüdə düşməyəcəyik”.

Deputat dövlət qulluğuna qəbulla bağlı yaranan problemlərdən də danışıb: “Dövlət qulluğunda qohumluq, yaxınlıq, tanışlıq məsələsi keçməməlidir. Azərbaycan universitetləri dövlət qulluğu üçün kadrları yetişdirə bilər. 7 ildə 45 min nəfər dövlət qulluğu imtahanlarından keçib. Onlardan 4 mini dövlət qulluqçusu olub. Yerdə qalanları isə dövlət qulluğuna layiq görülməyib. Bu isə universitetlərin öz işinə olan münasibətin göstəricisidir. İnanmıram ki, universitetlər dövlət qulluğu üçün kadrlar yetişdirə bilməsin. Dövlət qulluğu sisteminin özündə ciddi problemlər var. Hökumətə təklif edirəm ki, həmin qurum ləğv edilsin.

Qanunvericiliklə möhkəmləndirilən yeni bir sistem formalaşdırmaq lazımdır Bu halda dövlət qulluğuna keçid mərhələsi ilə bağlı həmin qurum daha effektiv işləyəcək, şəxsi ikinci mərhələdən şikəst etməklə məşğul olmayacaq”.
Zahid Oruc kreditlərdən də şikayətlənib: “Problemli kreditlərin sayı artmaqdadır. Kredit siyasəti vətəndaşı müflis edir.Hökumət kredit siyasətini dəyişməlidir. Dövlət qulluqçularının məcburi sığortasına keçmək lazımdır.Deputatlar 64 min manat həcmində sığortalanırlar. Az qala ölməlyik ki, bu pulu bizə versinlər. Bir də Təklif edirəm ki, Silahlı Qüvvələrə Yardım fondunun adı dəyişdirilib Qarabağa Yardım Fondu adlandırılsın”. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputat Zahid Oruca zarafatla ” Nə edirsiniz edin, amma ölməyə tələsməyin”-deyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə