Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elektron tabloların düzgün işləməməsilə bağlı – Rəsmi açıqlama
Elektron tabloların düzgün işləməməsilə bağlı – Rəsmi açıqlama
18 Noyabr 2014 / 18:22 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Yaxınlığında təmir, bina tikintisi gedən yollarda kabellərin zədələnməməsi üçün 1 və ya 2 elektron tablo müvəqqəti olaraq söndürülə bilər. 

Bakının əsas küçə və prospektlərində demək olar ki, hər gün avtomobillərin sıxlığı problemi yaşanır. Sürücülərin böyük əksəriyyəti bu cür tıxacların yaranmasının səbəbini Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) görür.  Əksər sürücülər iddia edir ki, yollarda hərəkətin nizamlanması, tıxaclarla bağlı məlumatların verilməsi üçün quraşdırılan tablolarda əksər yollar açıq göstərilsə də, əslində həmin istiqamətlərdə tıxac olur.

Yəni Bakının mərkəzi küçə və prospektlərində quraşdırılan elektron tabloların əksəriyyətində qarşıdakı vəziyyəti, tıxacların olub-olmamasını öyrənmək mümkün deyil. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AzNews.az-a açıqlama verərək məsələyə münasibət bildirib.  NİİM-nin sözçüsünün dediyinə görə, yaxınlığında təmir, bina tikintisi gedən yollarda kabellərin zədələnməməsi üçün 1 və ya 2 elektron tablo müvəqqəti olaraq söndürülə bilər. Ş. Mehmanqızı vurğulayıb ki, hazırda Bakıda 48 elektron informasiya tablosu var.
“Onların hər biri işlək vəziyyətdədir. Odur ki, həmin tabloların işləmədiyini demək düz deyil. Bakının mərkəzi küçə və prospektlərində quraşdırılan elektron tabloların hansı küçə və prospektdə tıxac olması ilə bağlı göstərilən informasiya yanlış ola bilməz. Çünki həmin tablolar online rejimdə çalışır. Tabloda filan küçənin tıxacsız olduğunu görən sürücü alternativ yol kimi oradan istifadə etmək istəyir. Aydın məsələdir ki, yolda vəziyyət hər an dəyişə bilər”, – deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi qeyd edib.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə