Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sürücünü yol üstündə qanına qəltan etdilər
Sürücünü yol üstündə qanına qəltan etdilər
19 Noyabr 2014 / 10:48 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Gəncədə bıçaqlanma baş verib

Gəncədə sürücülər arasında baş verən mübahisə qanla nəticələnib. Gəncə şəhər polis şöbəsindən verilən məlumata görə, hadisə bu gecə qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Anar Rasim oğlu Paşayev maşınla gedərkən qarşıdakı avtomobilin sürürücüsü ilə mübahisə edib. Tanımadığı şəxs ona yol vermədiyi üçün söyüş söyüb. Daha sonra maşından düşərək onun avtomobilini təpikləyib.

Problemi həll etmək üçün maşından düşən Anar Paşayev qəfil hücuma məruz qalıb. Tanımadığı şəxs ona bir neçə bıçaq zərbəsi endirib. Sonra hadisə yerindən qaçıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan A.Paşayevin həyatını xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə