Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilərin fahişə harayı
Ermənilərin fahişə harayı
19 Noyabr 2014 / 11:13 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Helikopterin vurulması sadə ermənilərin düşüncəsini dəyişib

Region Vurulmuş erməni helikopteri yerli KİV-lərin əsas mövzusudur. Kim istəyir yazır. Hərdən, sadəcə, gülməli görünür. Məsələn, Ermənistanın keçmiş müdafiə naziri Vazgen Manukyan bəyan edib ki, Ermənistan helikopteri qoşunların təmas xəttinə çox yaxın uçub və azərbaycanlılar qorxudan onu vurublar. Azərbaycanın N saylı hərbi hissəsində məsələ ilə bağlı çox güldülər və erməni hərbçilərə onları bir daha qorxutmağı təklif etdilər ki, bunun nə ilə nəticələnəcəyini bir daha görsünlər.

Erməni parlamentinin digər yalançı patriotu, hansısa deputat Poqosyan demək olar ki, Ermənistan hökumətindən Azərbaycana adekvat cavab verməyi tələb edib. Amma deputat bunu necə etməyin yolunu göstərməyib. Ermənistanın digər siyasətçiləri və deputatları bütün beynəlxalq təşkilatları məktub atəşinə tutmağı və bu əmələ görə Azərbaycanı sərt cəzalandırmağı tələb etməyə çağırırlar.

Mən indi bir zaman helikopterlə Ağdamdan mühasirəyə alınmış Xocalıya uçduğumuz günləri xatırlayıram. Maşınla həmin yolu on dəqiqəyə getmək olardı. Amma maşını daşa basırdılar, sonra isə ümumiyyətlə güllə-borana tutmağa başladılar. Helikopterlə Xocalıya lazımi tibbi ləvazimat, dərmanlar aparılırdı, həmçinin insanlar daşınırdı. Hər şey sakit idi, amma ertəsi gün helikopteri avtomatdan atəşə tutmağa başladılar. Təəssüf ki, erməni quldurlar içərisində 25 sərnişin Ağdamdan Şuşaya uçan bir helikopteri vura bildilər. Dünya ictimaiyyəti nəzakətlə susdu. Başqa helikopterləri isə deşik-deşik eləmişdilər. Həmin vaxt sayı çox olan beynəlxalq müşahidəçilər bir az səs-küy saldılar, amma heç nə eləmədilər. Biz indi başa düşürük ki, Qarabağ müharibəsi bir sıra ölkələrə lazım idi ki, nəhəng Sovet İttifaqını dağıda bilsinlər.

Ermənilər Qarabağı işğal etməyə çoxdan hazırlaşıblar. Kremldən mənəvi və maddi dəstək əldə etdikdən sonra bu müharibəni başladılar. Onların əsas məqsədi Cənubi Qafqazda ikinci erməni dövləti yaratsınlar. Alınmadı. Oyuncaq dövləti Ermənistan qarışıq dünyanın heç bir dövləti tanımadı. Dağlıq Qarabağ Respublikası adlı bir subyekt sadəcə yoxdur və olmayacaq.

Mənə elə gəlir ki, helikopterin vurulmasından sonra Ermənistanda insanlar məntiqlə düşünməyə başlayıblar ki, bu qurbanlar nəyə lazımdır və ölkəyə nə verəcək? Amma sadə insanlardan fərqli olaraq, bu avantüranı yaradan siyasətçilər tamamilə fərqli düşünürlər. Onlar üzdə qalmaq üçün hər şeyə gedərlər. Axı Dağlıq Qarabağın geri qaytarılması onların tam siyasi iflası deməkdir. Buna görə də onlar yalan danışır, aldadır, oyunbazlıq edir, bəzən göz yaşı axıdırlar. Amma ürəklərinin dərinliyində anlayırlar ki, yaxın gələcəkdə onlar erməni valideynlərinin evlərinə getdikcə daha çox gəlməyə başlayan ölüm xəbərlərinə görə cavab verməli olacaqlar.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə