Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskvada azərbaycanlı “Zayka” tutuldu (FOTO)
Moskvada azərbaycanlı “Zayka” tutuldu (FOTO)
19 Noyabr 2014 / 11:47 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Kriminal dəstə Rövşən Lənkəranskinin “sağ əli”ni öldürüb

Bir neçə gün öncə Rusiya polisinin xüsusi əməliyyatı ilə yaxaladığı azərbaycanlı cinayətkar dəstənin üzvlərinin fotoları yayılıb. Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 5 nəfər üzvü olan dəstəyə 39 yaşlı azərbaycanlı, “Zayka” ləqəbli kriminal avtoritet rəhbərlik edib.

Dəstə üzvləri insan oğurluğunda və dələduzluqda ittiham edilir. Banda üzvləri 2014-cü ilin sentyabrın 9-da Moskvada Ded Hasanın əsas düşmənlərindən olan kriminal avtoritet Rövşən Lənkəranskinin “sağ əli” hesab edilən Rovşan Somayanı qətlə yeriblər. Bundan əlavə isə ötən il “Sadovod” bazarından olan Hüseynov soyadlı sahibkarı öldürüblər.  Onlar həmçinin kommersiya fəaliyyəti ilə məşğul olan həmyerlilərini girov müqabilində oğurlayıblar.

Dəstə üzvləri bilyard salonunda saxlanılıblar. Onlar Troiskdə yaşayıblar. Dəstə üzvlərinin yaşadığı evdən “Kalaşnikov”, tapanca, “Sayqa” tüfəngi, 100-dən çox patron, zirehli jilet, maskalar, polis forması, iş adamlarından oğurlanan “Toyota Land Cruiser” və “Mercedes-Benz” tapılıb. Əməliyyatçıların sözlərinə görə, “Zayka” Azərbaycanda müxtəlik faktlarla bağlı olaraq 15 il həbsdə olub. Moskvaya isə o təqribən iki il öncə gəlib.



 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə