Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsrail əsgərləri yenə Fələstinə girdi
İsrail əsgərləri yenə Fələstinə girdi
19 Noyabr 2014 / 11:50 / Baxış sayı: 82
Font1 Font2 Font3 Font4
İsrail əsgərləri Fələstinin Ramallah şəhərinə girib. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Fələstin mətbuatı xəbər yayıb. Məlumata görə, səhər saatlarında Ramallaha girən İsrail əsgərləri bir nəfəri də saxlayıb. 
İsrailin baş naziri Benyamin Netanyahunun əmri əsasında Fələstinə girən əsgərlərin məqsədi dünən İsraildə sinaqoqa hücum edərək 4 nəfəri öldürən 2 fələstinlinin evini dağıtmaqdır.  B.Netanyahunun bu qərarı dünən axşam ofisində keçirdiyi toplantıda verdiyi bildirilir. Baş nazir bu əmrinə qarşı çıxanların sərt şəkildə cəzalandırılacağını da deyib. Xatırladaq ki, dünən iki fələstinlinin sinaqoqa balta və silahla hücumu zamanı 4 nəfər ölmüş, 7 nəfər yaralanmışdı. Polis hücumu təşkil edən iki fələstinlini öldürmüşdü. Sinaqoqda ölən 4 nəfərdən 3-nün ABŞ, digərinin isə Fransa vətəndaşı olduğu bildirilir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə