Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əlil uşaqların valideynləri sabah aksiya keçirəcək
Əlil uşaqların valideynləri sabah aksiya keçirəcək
19 Noyabr 2014 / 12:42 / Baxış sayı: 58
Font1 Font2 Font3 Font4

Sabah – noyabrın 20-də sağlamlıq imkanları məhdud olan uşaqlara ödənilən təqaüdün artırılması tələbi ilə Prezident Administrasiyasının qarşısında aksiya keçiriləcək.

Bu barədə virtualaz.org saytına Qarabağ Əlilləri və Veteranlar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin müdiri Əhməd Rəhmanov məlumat verib. Ə.Rəhmanov deyib ki, uşaqlıqdan əlil olan şəxslərə 67 manat təqaüd ödənilir: “Daha dəqiq desək, əlil olanlara qulluq edənlərə 67 manat verilir. Bu vəsaitlə həm əlil, həm də ona qulluq edən şəxs dolanmalıdır”.

Şöbə müdiri onu da qeyd etdi ki, dinc aksiyada sağlamlıq imkanı məhdud olan uşaqların valideynləri də iştirak edəcəklər. Ə.Rəhmanovun sözlərinə görə, aksiyada nəqliyyat və şəhər infrastrukturunun qurulması zamanı əlillərin ehtiyaclararının nəzərə alınması və əlilliyi olan insanların digər problemləri də qatılacaq: “Biz də əlillərə dəstək vermək üçün aksiyaya gedəcəyik”.

Qeyd edək ki, noyabrın 20-də Ümumdünya Uşaq Hüquqları Günü qeyd ediləcək. Hazırda Azərbaycanda 60 mindən artıq uşağın sağlamlıq imkanları məhduddur.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə