Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moskva İrəvanı başından redd elədi
Moskva İrəvanı başından redd elədi
19 Noyabr 2014 / 13:48 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Ermənistanın indiki hakimiyyəti ölkəni cib dövlətinə çevirib

Rusiya Dövlət Dumasının Nəqliyyat məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçev bildirib ki, “Rusiya dəmir yolları” şirkəti Azərbaycan ərazisi vasitəsilə İrandan Rusiyaya dəmir yolu xətti tikmək niyyətindədir. Bu məsələ Dövlət Dumasının sədri Sergey Narışkinin noyabrın 16-17-də İrana səfəri zamanı əsas müzakirə mövzusu olub.

Bu məsələ Ermənistanda dərin narahatlıq doğurub. Belə ki, erməni saytlarında dərc olunan “Bakı – Moskvanın prioritetidir” başlıqlı analitiq yazıda deyilir ki, bu layihənin icrası barədə nəsə demək çətindir. Çünki “Rusiya dəmir yolları” şirkəti bu gün maliyyə problemləri ilə üzləşib. Şirkət dövlətdən 1,5 trilyon rubl kömək gözləyir. Amma bu məsələnin siyasi komponenti çox əhəmiyyətlidir. Belə ki, Rusiya regionda Ermənistanla strateji müttəfiqliyi siyasi prioritet saymır. Amma Azərbaycan bu gün regionda əsas yer tutur.
Məqalədə Ermənistanın Rusiya yedəkçisi kimi qələmə verilir və ölkənin çox şey itirdiyi yazılır: “Ermənistan Rusiyanın strateji müttəfiqi kimi, faktiki olaraq, hər şeyini itirir. Bir növ Rusiyanın arxasında gizlənib. Təəccüblü deyil ki, Ermənistan Rusiyaya tamamilə təslim olub, qətiyyən müqavimət göstərmir. Hansı ki, Rusiyaya baş əyməmək üçün müqavimət göstərə bilər.
Hətta Ermənistan müxalifəti Rusiyaya baş əyən, sitayiş göstərən hakimiyyətin planlarına qarşı çıxmır. Məhz buna görədir ki, Rusiya Ermənistanın bütün resurslarını əlində saxlayır. Amma Rusiya öz maraqları naminə Azərbaycanla hesablaşaraq İranla Rusiyanı birləşdirən dəmir yolu tikmək niyyətindədir. Dəmir yolu xəttinin tikilib-tikilməməsi başqa məsələdir, amma, Rusiya üçün mühüm məsələdir. Amma Rusiya tərəfindən heç vaxt Ermənistan-İran dəmir yolu xəttinə indiyə qədər maraq göstərilməyib.”
Bir sözlə, rəsmi Moskva Bakını İrəvanla və Tiflislə müqayisə etməyərək, Azərbaycan vasitəsilə İranla əlaqəni təmin etməyə hazırlaşır. Həmçinin Moskva Azərbaycan və İran arasında etibarsızlığı nəzərə alaraq vəziyyətə nəzarət etmək istəyir. Halbuki Ermənistan-İran arasında dostluq münasibətləri var, siyasi problemlər yoxdur, hətta regional hərbi-siyasi perspektivlər nöqteyi-nəzərindən kifayət qədər ahəngdarlıq var. Belə olan halda Rusiya İrəvan vasitəsilə İranla əlaqə yarada bilər, amma etmir. Buna görə də Moskva həmişə Ermənistan-İran iqtisadi əlaqələrinin inkişafı üçün böyük baryer olub.
Yazıda vurğulanır ki, siyasi niyyətlərdə və hədəflərdə problemin olmasına baxmayaraq, Rusiya üçün Azərbaycan regional müttəfiqdir. Bununla da Rusiya üçün Ermənistanla strateji müttəfiqliyin səhv olduğu üzə çıxdı, demək olar ki, dövlət səviyyəsində bu strateji tərəfdaşlığa tüpürüldü. Bundan əlavə, məqalədə qeyd olunur ki, Ermənistanın indiki hakimiyyəti Rusiyanın himayəsində yaşamaqla barışaraq, Rusiyanın bütün təklifləri ilə razılaşaraq ölkəni cib dövlətinə çevirdilər. İndiki bütün siyasi sistem və Ermənistan hakimiyyətinin fəaliyyəti saxtadır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə