Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Provayder oğurlayır” – Məhkəməyə veriləcək
“Provayder oğurlayır” – Məhkəməyə veriləcək
19 Noyabr 2014 / 14:35 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Son zamanlar internet provayderləri ilə bağlı edilən şikayətlərin sayı artıb.  Hər həftə sonu internetin sürəti sıfra bərabər olur. İnternet istifadəçiləri onlara verilən internet sürətinin ödədikləri pula adekvat olmadığını bildirirlər. Hətta, speed test vasitəsilə yoxlama apararkən sürət göstəricilərinin normal olduğu görsənir. Lakin internetdən istifadə etmək üçün lazım olan sürəti almaq mümkün deyil. Vətəndaşların dediyinə görə, həftə sonu bir çox yerlərin işləmədiyindən provayderlər bundan istifadə edir. Onlar bütün həftə boyu normal verilən sürəti azaltmaqla həmin günün pulunu mənimsəyirlər. 

Provayderlərlə bağlı yaran problemləri araşdırmaq üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzNews.az -a açıqlama verərkən bildirib ki, Azərbaycanda internetin sürət səviyyəsi hələ də aşağı olaraq qalır.

İnternet sahəsindəki keyfiyyətsizlik sindromunun uzun illərdir ki, Azərbaycanda da davam etdiyini bildirən AİF rəhbəri vurğulayıb ki, hələ də Azərbaycan interneti keyfiyyətsiz olaraq qalır:

“İstifadəçi ödədiyi pula uyğun sürət ala bilmir. Tutaq ki, internet istifadəçisi 2 megabit surət almaq üçün pul ödəyibsə, ona verilən surətin miqdarı 1,5 olur. Və ya 4 megabit sürət əvəzində 3,5 verirlər. Təbii ki, provayderlər abunəçilərə verilən sürəti oğurlayırlar. Bir sözlə, sürət həm oğurlanır, həm də ki, itir. Belə ki, provayderlər müqavilədə göstərilən sürəti verməməklə yanaşı, infrastrukturun bərbad vəziyyətdə olması verilən sürətin azalmasına gətirib çıxarır”.

O.Gündüz onu da deyib ki, internet sahəsində yaşanan problemlərə bağlı dəfələrlə monitorinqlər aparılıb və real vəziyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyi nəzdnindəki İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə çatdırılıb. Buna baxmayaraq yenə də istehlakçıların hüquqları pozulur:

“Hüquqi və ya fiziki şəxs provayderlə müqavilə bağlayır, bəlli sürəti götürür və həmin sürətə uyğun pulu ödəyir. Lakin evə və ya ofisə çatanda interneti almaq istəyəndə həmin sürəti əldə etmədiyini görür. Baxmayaraq ki, provayder internetin sürətini normal göndərsə də yolda infrastruktur, kabellər xarab olduğuna görə, həmin sürət son mənzilə gedib çatmır. İnfrastruktur məsələsində isə günah ATS-lərin üzərinə düşür”.

İstifadəçilərin provayderləri məhkəməyə verməyi təklif edən AİF prezidentinin sözlərinə görə, sürətin oğurlanması sübuta yetirildiyi halda istehlakçıların məhkəməni udacaqlarını söyləyib:

“İnternet provayderi bir dəfəyə külli miqdarda pul qazanmaq istədiyindən internetin sürətindən oğurlayır. Ümumiyyətlə, interneti topdan satan Delta Telekom şirkətidir ki, interneti bizlərə satan ikinci dərəcəli provayder Delta Telekomdan interneti alır və bir neçə hissəyə bölərək paylayır. Halbuki, müştərilərin sayına uyğun internet alınmalıdır ki, göstərilən sürət təmin edilsin. Həmin provayderlər isə bunu etmir”.

İnternetdə sürəti ölçən proqramların olduğunu deyən O.Gündüz sürətin oğurlandığını da sübut etməyin mümkün olduğunu bildirib: “Bu, qeyri-qanunidir və vətəndaşlar ilk növbədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyi nəzdindəki İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinə, sonda isə məhkəməyə müraciət edə bilərlər. Söz yox ki, internet istifadəçiləri məhkəməni udacaqlar”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə