Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev: “Korrupsiyaya qarşı mübarizə prioritetdir”
İlham Əliyev: “Korrupsiyaya qarşı mübarizə prioritetdir”
19 Noyabr 2014 / 15:27 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) bu gün Bakıda keçirilən üçüncü Assambleyasına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.

Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Onun sözlərinə görə, bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir:

“Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, demokratik institutların fəaliyyəti təmin edilib. Fəaliyyətimiz beynəlxalq reytinq institutları tərəfindən yüksək dəyərləndirilir Bu, dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet elan edib və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərib. Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır.

Azərbaycan BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına qoşulan dövlətlərdən biridir. Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərdən biridir. Dövlət xidmətlərinin göstərilməsində təqdim etdiyimiz, korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün uğurlu nümunə ola bilər. Korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim diqqət mərkəzində saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir.

Beynəlxalq Antikorrupsiya Akademiyası bu sahədə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır. Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir. Əminəm ki, Akademiyanın Assambleyası yeni təşəbbüslərin və bu sahədə bu sahədə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni imkanlar açacaq”.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə