Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“DəmirBank” Mərkəzi Bankın tələblərini üstələyir
“DəmirBank” Mərkəzi Bankın tələblərini üstələyir
19 Noyabr 2014 / 16:28 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Bunun göstəricisi olaraq, 1 oktyabr 2014-cü il tarixinə olan məlumata görə, “DəmirBank” 423.4 mln. AZN məbləğində aktivləri ilə Azərbaycanda öncül banklar sırasına daxildir. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bankın məcmu kapitalı 62.3 mln. AZN təşkil edir. Bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.

“DəmirBank” 2004-cü ildə “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. Bununla yanaşı, bank “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir ki, bunlar da Azərbaycan bank sektorunda ən yüksək reytinqlər sırasındadır. Reytinq proqnozları isə bankın inkişafı ilə bağlı müsbət gözləntilərdən xəbər verir.

Ölkənin ilk kommersiya bankılarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

Bizixmeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə