Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nişan alıb, tətiyi sıxdım” – Ermənilərin helikopterini vuran əsgər
“Nişan alıb, tətiyi sıxdım” – Ermənilərin helikopterini vuran əsgər
19 Noyabr 2014 / 16:31 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

“Mən start mövqeyində hazır dayanmışdım. Əvvəlcə uzaqdan düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin qaraltılarını nöqtə kimi binokldan müşahidə etdik. Gördük iki M-24 tipli helikopter düz üstümüzə gəlir. 

Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfi məhv edək”. Avopa.info “Report”a istinadən xəbər verir ki, bunu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri İlkin Muradov “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində deyib.

“Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutdular və postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb, tətiyi sıxdım” – deyə, İ.Muradov əlavə edib.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə