Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DVC – nin Şəki nümayəndəliyinin 2 yaşı qeyd olundu
DVC – nin Şəki nümayəndəliyinin 2 yaşı qeyd olundu
19 Noyabr 2014 / 16:41 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

DVC – nin (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) Şəki – Zaqatala iqtisadi rayonunu əhatə edən Şəki Regional Debat Mərkəzi fəaliyyətinin 2 ilinin tamam olmasını qeyd edib.

DVC – nin rəsmisinin də iştirak etdiyi tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəki şəhər Təhsil İdarəsinin müdür müavini Elxan Abdullayev, yerli İcra Hakimiyyəti, mətbuat orqanlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.

Tədbir zamanı Şəki Regional Debat Mərkəzinin sədri Dəyanət Elmansoy tərəfindən təşkilatın cari ildəki fəaliyyəti ilə bağlı hesabatı ictimaiyyətə təqdim olunub. Şəki şəhərinin yerli dövlət qurumlarının və fəal gənclərinin Şəki Regional Debat Mərkəzinin fəaliyyəti haqqında çıxışları dinlənilib.

Tədbirdə iştirak edən DVC – nin regionlarla iş üzrə meneceri Caoğlan İlyasov təşkilatın 2014 – cü il üzrə fəaliyyəti haqqında məlumat verib və təşkilatın fəaliyyətində Şəki Regional Debat Mərkəzinin xüsusi yeri olduğunu vurğulayıb. Şəki Regional Debat Mərkəzinin uğurlu fəaliyyətinə dəstək olan dövlət rəsmiləri, mətbuat orqanları və təşkilatın fəaliyyətində yaxından iştirak edən gənclər DVC tərəfindən Fəxri Fərmanla təltif olunub.

Məlumat üçün qeyd edək ki, Şəki Regional Debat Mərkəzi 2012 – ci il tarixində Şəki Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə DVC tərəfindən yaradılmışdır. Debat Mərəkzinin məqsədi Şəki – Zaqatala iqtisadi rayonunda yerləşən təhsil müəssisələrindən olan gənclərin fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsidir. Sözü gedən Debat Mərkəzinin tərkibində Gənc Sahibkarlar Klubu, Şəki Kreativ Gənclər Klubu və Gənc Təbiblər Klubu da fəaliyyət göstərir və gənclərin müxtəlif proqram, həmçinin layihələrdə iştirakını təmin edir.

Onu da qeyd edək ki, Şəki Regional Debat Mərkəzi öz uğurlu fəaliyyətinə görə Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən Şəki şəhəri üzrə ilin ən yaxşı təşkilatı adına layiq görülüb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə