Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Siqaretin qiyməti qalxır
Siqaretin qiyməti qalxır
19 Noyabr 2014 / 17:13 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Tütün məhsullarının aksiz və əlavə dəyər verilərinin artırılması təklif edilir

“Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010 -cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün isə ölkədə yoxsul səviyyəsində yaşayan insan yoxdur”. Bunu millət vəkili, sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O bildirib ki, bu məqamlar ölkəmizin iqtisadi inkişafının göstəricisidir.

Deputat qeyd edib ki, sosial evlərin tikilməsi məsələsi son vaxtlar müzakirə olunur. “Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyi qədər qaçqınlar üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkarda sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin”.

Millət vəkili qeyd edib ki, tütün məhsullarında aksiz və əlavə dəyər verilərinin (ƏDV) artırılmasına ehtiyac var. Deputatın sözlərinə görə, Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur: “Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə