Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obamanın iqamətgahına növbəti hücum
Obamanın iqamətgahına növbəti hücum
20 Noyabr 2014 / 9:58 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Ağ Evin ərazisinə daxil olmaq istəyən daha bir şəxs saxlanılıb

ABŞ-ın Məxfi Xidmət İdarəsinin əməkdaşları çərşənbə günü Ağ Evə girmək istəyən amerikalını saxlayıblar. Bu barədə ABŞ Məxfi Xidmət İdarəsinin rəsmi nümayəndəsi Nikol Meynor xəbər verib. O bildirib ki, saxlanılan şəxs 41 yaşlı Ayova ştatı sakini Ar Cey Kafimdir. Şübhəli prezidentin iqamətgahını qoruyan Məxfi xidmətin əməkdaşlarına yaxınlaşaraq Ağ Evə keçməli olduğunu deyib.

Mühafizəçilər isə onun hərəkətlərindən ehtiyatlanaraq, əl-qollarını bağlayıb avtomobilində axtarış həyata keçiriblər. Avtomobilə baxış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkar edilib. Kafim barəsində qanunsuz silah daşıma maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu ilin sentyabr və oktyabr aylarında da analoji hadisələr baş vermiş və Ağ Evə girmək istəyənlərin cəhdi uğursuz başa çatmışdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə