Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident Administrasiyası aldadılan payçıları prokurorluğa göndərdi
Prezident Administrasiyası aldadılan payçıları prokurorluğa göndərdi
20 Noyabr 2014 / 10:35 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) rəhbərliyinin aldatdığı vətəndaşlar dünən Prezident Administrasiyası (PA) qarşısında aksiya keçiriblər.

Onlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də aldadıldıqlarını bildiriblər. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti mülk sahiblərinin pullarının notarial qaydada qaytarılması üçün komissiya yaradıb. Aldadılan payçılar isə komissiyanın işindən narazı qaldıqlarını, süründürməçiliklə üzləşdiklərini bildirirlər.

Bizimyol.info bildirir ki, Prezident Administrasiyasının hüquqşünası Əli Zeynalov payçıların nümayəndəsi kimi 3 nəfər zərərçəkmişi qəbul edib. Zərərçəkənlər qəbula daha çox adamın getməsini tələb etsələr də, bu tələb yerinə yetirilməyib.

Ə.Zeynalov zərərçəkmişlərin problemini dinləyərək bildirib ki, onlar bazar ertəsi-24 noyabr saat 10:00-da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qarşısında olsunlar. O, burada payçıların idarənin rəisi Kamran Əliyev tərəfindən qəbul olunacağını vəd edib. Payçılar da sözügedən idarənin qarşısına daha çox zərərçəkənin gəlməsini tələb ediblər. Onlar hesab edirlər ki, idarənin qarşısında payçılar çox olarsa, şikayətlərini ciddiyə alarlar, qəbul edib problemlərinin həllinə çalışarlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə