Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Komitə sədri: “Peşman olublar, qayıtmaq istəyirlər…”
Komitə sədri: “Peşman olublar, qayıtmaq istəyirlər…”
20 Noyabr 2014 / 10:41 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Azərbaycanda radikal yönümlü dini qruplara qarşı mübarizə inzibati, ideoloji təbliğat və maarifçilik vasitəsi ilə aparılır”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, əsas məqsəd dini radikal qruplaşmaların zərərli fikirlərini gənclər, əhali arasında yaymamasıdır: “Bütövlükdə nəticə ondan ibarətdir ki, artıq Azərbaycanda radikal dini qrupların təbliğatına uyanlar azdır, apardıqları təbliğat istənilən nəticəni vermir. Bizim, o cümlədən hüquq-mühafizə orqanlarının, yerlərdə İcra hakimiyyətlərinin nəzdində yaradılmış dini komissiyaların apardıqları işlər bütövlükdə xeyli dəyişiklik yaradıb. Bölgələrdəki şöbələrimizdən aldığımız məlumatlara görə, dini radikal qrupların üzvləri də bu yoldan çəkilir, sayları tədricən azalır. O cümlədən Suriya, İraq və digər yerlərdə dini məsələyə aid olmayan, geopolitik baxımdan hansısa maraqları ifadə edən müharibələrə getmək istəyənlər də demək olar ki, yox dərəcəsinə enməkdədir. O yerlərə gedən, peşman olaraq qayıtmaq istəyənlər də var. Bir daha bəyan edirəm ki, müqayisə aparılsa, digərlərinə baxanda azərbaycanlıların bu tip hərbi əməliyyatlarda iştirakı çox aşağı səviyyədədir, belələrinin sayı çox azdır. Bizim apardığımız işlər öz nəticəsini verir”.

M. Qurbanlı qeyd edib ki, ölkədə sosial-iqtisadi yüksəliş, ideoloji baxımdan azərbaycançılıq ideyasının geniş şəkildə özünə yer tapması, orta və ali məktəblərdə aparılan işlər, o cümlədən Beynəlxalq Multikultiralizm və Bilik Fondunun, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin və digər şöbələrinin apardıqları işlər kompleks şəkildə radikal dini qrupların “fəaliyyət”ini heçə endirir və bundan sonra da endirəcək: “Din pərdəsi altında kimsə siyasi məqsədlərinə çatmaq, kimlərsə özlərinin iqtisadi, merkantil maraqlarını ifadə etmək, kimlərsə bütövlükdə Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyi pozmağa yönəlik hərəkətlər etmək istəsə, onların qarşısı bütün vasitələrlə alınacaq, alınmalıdır. Burada başqa bir variant, fikir yoxdur”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə