Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda polislər bıçaqlandı
Bakıda polislər bıçaqlandı
20 Noyabr 2014 / 11:06 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Xidməti vəzifəsini yerinə yetirən iki yol polisi hücuma məruz qalıb

Bu gecə saat 02:30 radələrində Bakının Bİnəqədi rayonu ərazisində xidmət göstərən yol polisləri silahlı hücuma məruz qalıblar. Bu barədə lent.az məlumat yayıb. 

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Cəfər Xəndan küçəsində xidmət göstərən baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bir neçə nəfərin hücumuna məruz qalıblar. “Nissan” markalı avtomobildən düşən şəxslər polislərə bir neçə bıçaq zərbəsi vurublar.

Sonra isə hadisə yerindən qaçıblar. Hadisə nəticəsində yaralanan yol polisləri xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədənlərin kimliyi müəyyənləşib. Lakin istintaq sirri olduğu üçün onların adları açıqlanmır. Hazırda həmin şəxslərin tutulması üçün xüsusi əməliyyat qrupu yaradılıb.Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə