Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ölkə.az-ın MADO-nu ifşası saytı haker hücumuna məruz qoydu
Ölkə.az-ın MADO-nu ifşası saytı haker hücumuna məruz qoydu
20 Noyabr 2014 / 12:19 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Dünən səhər saat 9-dan etibarən ölkənin son vaxtlar ən çox ziyarət edilən xəbər saytlarından biri olan “Ölkə.Az”-a haker hücumları başlayıb.

“Ölkə.Az” saytının texniki heyəti bu hücumun indiyədək olan ən kütləvi hücum olduğunu qeyd edirlər. Texniki heyət hücumun DDoS tipli olduğunu, hostların əksəriyyətinin gizli olduğunu, bəzilərinin isə Türkiyə, Pakistan və Hindistandan olduğunu qeyd edirlər. Ümumiyyətlə, sayta 2000 IP-dən hücum olunur. Buna görə də saytımızın yerləşdiyi server bir müddət sayta girişi və onun idarə olunduğu administrativ strukturu bağlayıb. Sayta xidmət edən mütəxəssislər bildirirlər ki, bu hücumlar nəticəsində saytın dağıdılması mümkün olmayacaq, amma fəaliyyətdə qısamüddətli fasilələr ola bilər.

Fikrimizcə, bu sayaq hücumlar diletant adamların işi deyil və “Ölkə.Az” saytının gündəmə gətidiyi məlum restoranda erməni musiqisinin səslənməsi ilə bağlı ola bilər. “Ölkə.Az”-ın fəaliyyətinə əngəl yaradılması sifarişi haradan gələ bilər?

“Ölkə.Az” saytının baş redaktoru Qafqaz Ömərovun fikrincə, hələlik onların şübhələndiyi yeganə şübhəli Fətullah Gülən şəbəkəsidir. “Saytımızda son günlər dərc olunan materiallarla bağlı Fətullah Gülən şəbəkəsinə aid olduğu heç kəsə sirr olmayan “Mado” restoranı ilə aramızda problemlər yaranıb. Onlar, barələrində çıxan materialları müxtəlif yollarla təkzib etməyə, hətta bizə çamur atmağa çalışırlar – gah sosial şəbəkələrdə öz biabırçılıqlarına haqq qazandırmaq istəyirlər, gah da sayt rəhbərliyinə müxtəlif vasitəçilər vasitəsilə zənglər edirlər, gah da məhkəməylə hədələyirlər və s. Hiss olunur ki, ciddi təşviş içindədirlər və nəyin bahasına olur-olsun, ünvanlarına səslənən tənqidləri neytrallaşdırmaq istəyirlər. Bu baxımdan “Mado” restoranının “Ölkə.Az” saytına hücum təşkil etdirməsi tam gözləniləndir. Hətta biz bunu proqnozlaşdırırdıq”.

Saytın texniki heyətindən isə bildiriblər ki, növbəti mərhələ hücumların qarşısını almaq üçün addımların atılmasına həsr olunacaq. Əsas təhlükə saytın dağıdılıb, arxivin də itməsidir: “Hər sayta hücum olur. Bu, həvəskar hakerlər tərəfindən də baş verir, professionallar tərəfindən də. Amma bu dəfə hücum fasiləsiz baş verir. Ona görə də xaricdəki serverimizi dayandırmaq qərarına gəlmişik.” 

Xatırladırıq ki, hazırda saytımıza kütləvi DDoS hücumları davam edir. Saytımıza giriş hələlik mümkün deyil. Ölkə.az-ın texniki heyəti hücumları dəf etməklə məşğuldur. Saytda yaranmış texniki texniki qüsurlara görə oxucularımızdan üzr istəyirik.

Ölkə.az-a olan kiberhücumlarla əlaqədar sayt rəhbərliyi Milli Təhlükəsizlik Nazirliyinə müraciət etməyə hazırlaşır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə