Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əsgər anaları Serjə hücum etdi – VİDEO
Əsgər anaları Serjə hücum etdi  – VİDEO
20 Noyabr 2014 / 12:34 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Qarabağda öldürülmüş əsgərlərin valideynlərinin aksiyası olub

Region Ermənistanda ölən əsgərlərin anaları Serj Sarkisyanın iqamətgahına hücüm çəkiblər. Polis 2007-ci ildə Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində yerləşdirilmiş Ermənistan hərbi hissələrində xidmət keçərkən öldürülmüş Tiqran Ohacanyanın anası Qoar Sakisyan və 2013-cü ildə ölmüş Arman Muradyanın atası Ovsep Muradyanı prezident iqamətgahının qarşısından qova bilib.

Polis Serj Sarkisyanın qonaq gözlədiyini və iqamətgahın qarşısını tezliklə təmizləmək tapşırığı aldıqlarını bildiriblər. Polis ölmüş əsgərlərin valideynlərinin iqamətgah qarşısından uzaqlaşdıra bilib. Bundan bir neçə dəqiqə sonra isə iqamətgah qarşısında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin avtomobili görünüb. Polis əsgər valideynlərinin Kasprşiklə görüşünə imkan verməyiblər.

Aksiya iştirakçıları prezident iqamətgahı qarşısından çəkilərək Ermənistan parlamenti önünə gəliblər. Burada onlar ölən əsgərlərin rəsmi ölüm səbəblərinin yanlış yazıldığına etiraz edərək onlara həqiqətin söylənilməsini tələb ediblər. Parlament qarşısından da qovulan ölmüş əsgərlərin valideynləri Böyük Britaniyanın İrəvandakı Səfirliyinin qarşısına toplaşaraq aksiya təşkil ediblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə