Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AKKORD şikəst etdiyi vətəndaşı həbsə saldırıb?
AKKORD şikəst etdiyi vətəndaşı həbsə saldırıb?
20 Noyabr 2014 / 12:43 / Baxış sayı: 94
Font1 Font2 Font3 Font4

Qaradağ sakini şirkətin sürücüsü üzündən ayağının itirib, “Ugur 2”də yaşayan sakinlərin əzilmiş maşınlarının da pulunu vermir 

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç.,”Uğur” yaşayış kompleksi, Bina 3, ev 109-da yaşayan Nizami Niyazi oğlu Salmanov dövlət başçısı, ölkənin Birinci Xanımı və digər dövlət məmurlarına müraciət edərək, “Akkord” Sənaye–Tikinti İnvestisiya Korporasiyasından şikayət edib. 

Arqument.Az-a göndərilən şikayətdə deyilir ki, Nizami Salmanov 10 SP 773 Dövlət nömrə nişanlı, NİSSAN SUNNY markalı minik avtomobilini yaşadığı binanın avtodayanacaq üçün nəzərdə tutulan hissəsində park edib. Oktyabrın 19-dan 20-nə keçən gecə baş vermiş güclü külək nəticəsində dayanacağın yanındakı binanın yan hissəsinə quraşdırılmış yardımçı lift küləyin təsirindən aşaraq 3-4 avtomobilin üzərinə düşərək, ciddi ziyan vurub. “Biz sakinlər əvvəlcə AKKORD-da məxsus binaların rəhbəri hesab edilən Ramin adlı şəxsə hadisə ilə bağlı müraciət etdik.

O qeyd etdi ki, AKKORD-un Ağa Nemətulla küçəsində yerləşən baş ofisinə ərizə ilə müraciət edək. Ərizəmiz qəbul olundu.Və bizə bir ay ərzində dəymiş ziyanla bağlı cavab veriləcəyi bildirildi. Ertəsi gün Vüqar adlı nümayəndəsini hadisə yerinə göndərdilər. Vüqar zədələnmiş avtomobillərin şəkillərini çəkdi, hadisə şahidlərini dinlədi. Mən, avtomobilimin təmiri üçün Xətai rayonu, Qafqaz küçəsində yerləşən “Avtoservis 333” texniki xidmətinə müraciət etdim. Oktyabrın 24-də avtomobilimə texniki baxış keçirilərək 16- saylı Qüsur akt tərtib edildi. Ehtiyat hissələri maqazinindən 300 AZN məbləğində lazımi hissələr alıb servisə verdim. İki həftə ərzində avtomobilimi təmir edib verdilər. 19 noyabrda mənə AKKORD-dan zəng edib bildirdilər ki, dəymiş ziyana görə cəmi 200 AZN ödəməyə imkanımız vardır”.

Vətəndaş qeyd edir ki, AKKORD rəhbərliyinin əsas məqsədi onlar kimi sadə vətəndaşları bezdirərək, məqsədlərindən çəkindirməkdir. “Bu yaxınlarda həmin şirkət bir vətəndaşın başına da belə bir oyun gətirib.

Belə ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Muxtarov Coşqun Fərmayıl oğlu 2008-ci il noyabr ayında Siyəzən rayonu yaxınlığında özünə məxsus MERCEDES E-240 markalı avtomobilini şossenin kənarında müvəqqəti park edərkən “Akkord”da məxsus QAZel markalı yük avtomobili ehtiyatsızlıq edərək sürücünü və avtomobili əzmişdi. Nəticədə Coşqunun sol ayağı dizdən amputasiya edildi və əlil qaldı. “Akkord”un məmurları zərərçəkmişə şikayət etməməsi üçün əvvəlcə çoxsaylı vədlər verib, sonra da xilaf çıxıblar. Coşqun isə müalicəsi üçün “Akkorda arxayın olub borc aldığını iş qabiliyyəti olmadığından qaytara bilmədiyinə görə həbsə atılıb. Zərəçəkmiş hazırda da həbs həyatını davam etdirir. Anası Şəfiqə xanım oğluna dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmələrə müraciət etsə də, bir neçə ilin süründürməçiliyndən sonra Ali Məhkəmə dəymiş ziyanın 4000 AZN miqdarında ödənilməsi barədə çıxarılmış məhkəmə qətnaməsini qüvvədə saxlayıb. Bu da bir insan həyatının qiyməti”. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə