Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Həmsədrlərin bəyanatı təxribatdır”
“Həmsədrlərin bəyanatı təxribatdır”
20 Noyabr 2014 / 13:27 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“ATƏT-in Minsk qrupu həmsədrlərinin helikopterin neytral ərazidə olması ilə bağlı bəyanatı Azərbaycana qarşı təxribatdır”.

 Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.  O bildirib ki, Azərbaycanın qarşısında Dağlıq Qarabağ münaqişəsi kimi problem durur: “Mən bu məsələyə niyə toxunuram? Ötən gün ATƏT-in həmsdərləri çox mənasız bir bəyanatla çıxış ediblər. Vertolyot bəynaatından sonra onlar deyiblər ki, vertolyot hazırda neytral ərazidə yerləşir. Bu bəyanatı biz tamamilə mənasız və məntiqsiz hesab edirik”. 

Z.Əsgərov qeyd edib ki, həmsədrlərin bəyanatı məntiqsiz və təxribatdır: “Həmin ərazi Azərbaycanın ərazisidir, neytral ərazidən orada söhbət gedə bilməz. ATƏT-in Minsk qrupuna üzv olan dövlətlər dəfələrlə Azərbaycanın bütövlüyünü, suverenliyini etiraf ediblər, qəbul ediblər. Bu nə anlayışdır, neytral ərazi nədir? Ona görə mən bu məsələyə münasibət bildirmək istədim ki, Minsk qrupu həmsədrlərinin bu cür bəyanatı təxribatdır, məntiqsiz və mənasızdır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə