Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi – Foto
Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi – Foto
20 Noyabr 2014 / 16:36 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində şəxsi heyətin toplantısı keçirilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tədbiri giriş sözü ilə açıb. Xidmət əməkdaşlarını Azərbaycan Respublikasının Ədliyyə Naziri I dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun adından və öz adından təbrik edib.

 Nazir müavini bir əsrə yaxın tarixi olan Azərbaycan ədliyyəsinin 1918-ci ildən başlayaraq keçdiyi şanlı yoldan bəhs edərək, Ədliyyə Nazirliyinin yenidən əsaslı surətdə təsis edilməsinin və ədliyyə işinin təkmilləşdirilməsinin məhz 1970-ci ilə – Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf etdiyini vurğulayıb.

M. Quliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildən etibarən hakimiyyətə qayıdışından sonra ölkədə bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində də inkişafa nail olunduğunu qeyd edib.

O bildirib ki, həmin dövrdən etibarən Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməyə başlayıb və həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində penitensiar sistemin də işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ-hüquqi aktlar qəbul olunub.

Nəticədə ölkəmiz Ümummilli Liderin layiqli davamçısı və siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək dünya ölkələri sırasında layiqli yerini tutub. Həmçinin qeyd olunub ki, Ulu Öndərin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 10 il ərzində ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, Ədliyyə Nazirliyinin cəmiyyətdəki rolu əhəmiyyətli dərəcədə artıb.

Tədbirdə xidmət əməkdaşlarının mükafatlandırılması barədə Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev tərəfindən imzalanmış əmrlər diqqətə çatdırılıb



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə