Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı 2015-ci ilədək boşaldılacaq
Bakı 2015-ci ilədək boşaldılacaq
20 Noyabr 2014 / 16:38 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Bunun üçün kurort və sanatoriya üçün ayrılan vəsaitin həcmi artırılmalıdır

“2015-ci ildə Avropa Oyunları ili olduğu üçün şəhərin mümkün qədər boşaldılmasına ehtiyac var. Bunu nəzərə alaraq kurort və sanatoriya üçün ayrılan vəsaitin həcmi artırılmalıdır”.
Bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, komitədə Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsinin müzakirəsi zamanı deputatlar belə bir təklif irəli sürüblər.
Daha sonra DSMF-in büdcəsi haqqında danışan komitə sədri büdcənin baş xəttinin prezidentin sərəncamı əsasında hazırlandığını vurğulayıb: “Bu il DSMF-in gəlirləri 3 milyardı ötüb. Bu isə əvvəlki ilin göstəricilərindən 14% çoxdur. Bu sevindirici haldır. Dövlət tərəfindən Fonda transfertlərin həcmi də azalıb. Son rəqəmlər göstərir ki, sığortaya cəlb olunanların sayı 1,5 milyondur. Fondun debitor borclarının yığılması ilə bağlı nəzarət gücləndirilərsə bu zaman Fondun gəlirləri də arta bilər. Fondun 2015-ci il üçün gəlirlərinin 98%-i əhaliyə ödəniləcək. Ölkədə sığorta haqqı ödəyənlərin sayı 3 milyona yaxındır. Gələn il təkcə hamiləlik və doğuma görə ödəniləcək vəsait 30 faiz artacaq”.

Hadı Rəcəbli bildirib ki, büdcədə yaşayış minimumu 131 manat nəzərdə tutulub: “Burada əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 140 manat , pensiyaçılar üçün isə bu rəqəm 108 manat olacaq. Ehtiyac meyyarı isə 105 manat nəzərdə tutulub. Bu rəqəm hər il mütəmadi olaraq artır”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə