Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallıda bələdiyyə rəzaləti
Masallıda bələdiyyə rəzaləti
20 Noyabr 2014 / 16:58 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Namizədlərin qeydə alınması icra başçısının rəyindən asılıdır

“Masallıda seçki rəzaləti yaşanır. Rayonun icra başçısı Rafil Hüseynov sanki alternativ Dairə Seçki Komissiyası yaradıb və kimi istəyirsə onun namizədliyini qeydə aldırır”.  Bu sözləri “Azadlıq”a hələlik adının çəkilməsini istəməyən bələdiyyəyə namizədlərdən biri deyib.

Onun sözlərinə görə, Rafil Hüseynov “arzuolunmaz” namizədlərə imza verən şəxslərə təzyiq edir: “Xüsusilə ”arzuolunmaz” namizədlərin yaxınlarına təzyiqlər olunur. Konkret olaraq Musaküçə kənd bələdiyyəsinə namizədliyini irəli sürən və icra başçısının siyahısından kənarda olanlar bu təzyiqlərlə üz-üzədir”.

Mənbə bildirib ki, məsələ ilə bağlı Dairə Seçki Komissiyasına müraciət edilib. Komissiyadan isə açıq şəkildə bildirilib ki, məsələ icra başçısının nəzarətindədir və bütün namizədlər onun rəyi ilə qeydə alınır. Mərkəzi Seçki Komissiyasına müraciətlərin də nəticəsi olmayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə