Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Komitə sədrindən dindarlara MÜRACİƏT 
Komitə sədrindən dindarlara MÜRACİƏT 
20 Noyabr 2014 / 18:19 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Suraxanı  rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib. Komitədən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüşün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu, dini icmaların gələcək fəaliyyəti baxımından böyük önəm kəsb edir.

DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov çıxış edərək rayondakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib.

Son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran natiq, prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının günü-gündən artdığını bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə, dövlətçilik və vətənpərvərlik məfhumları bu gün dini icmalarımızın fəaliyyətində əsas xətt olmalıdır.

Çıxış edən din xadimləri – Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, Qaraçuxur qəsəbə məscidinin axundu Mirfətta Fəttayev son vaxtlarda Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirdiklərini söyləyiblər. Sonda Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə