Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səbail və Nyu-Yorkun Bruklin Boro inzibati rayonları dostlaşdı
Səbail və Nyu-Yorkun Bruklin Boro inzibati rayonları dostlaşdı
21 Noyabr 2014 / 12:26 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-nın Nyu-York şəhərində səfərə gəlmişdir. Səfərin məqsədi Nyu-York şəhəri Bruklin Boro inzibati rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması olmuşdur.

ABŞ-da səfərdə çərçivəsində Bakı şəhərinin Səbail rayonunun nümayəndə heyəti Nyu-York şə

həri Bruklin Boro inzibati rayonunun yerli hakimiyyət rəhbəri Erik Adamsla görüşüb. Görüşdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, Türkiyə Respublikasının Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın və Bruklindəki Azərbaycan icmasının fəal nümayəndəsi Mariyetta Rozental da iştirak ediblər.

Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından xəbərdar olduğunu vurğulayan Erik Adams, Nyu-Yorkun Bruklin Boro ilə Bakının Səbaıl rayonları arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmaslara təkan verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı Erik Adams 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini izləmək məqsədilə Azərbaycana səfər etdiyini və Bakının onun yaddaşında çox zəngin təəssüratlarla qaldığını bildirib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqilliyimizin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu bildirib. O, ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini vurğulayıb və həmsöhbətini bu tədbirə dəvət edib.

Bununla yanaşı, tədbir iştirakçılarına Səbail rayonu və rayonda aparılan quruculuq işləri barədə məlumat verilib.

Ölkəmizin Vaşinqtondakı səfirliyinin müşaviri Məmməd Talıbov Azərbaycan ilə ABŞ arasındakı strateji tərəfdaşlıq barədə məlumat verib. Qeyd edib ki, bir müddət öncə “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən Bakı – Nyu-York birbaşa uçuşları həm Azərbaycanın ümumi inkişafının, həm də ölkələrimiz arasında münasibətlərin müsbət dinamikasının göstəricisidir.

Məmməd Talıbov ölkəmizin zəngin demokratik dövlətçilik ənənələrinə malik olduğunu və Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını diqqətə çatdırıb.

Ölkəmizin, zəngin tolerant ənənələrini vurğulayan diplomat, ABŞ-da olduğu kimi Azərbaycanda da çoxsaylı etnik qrup və dini icmaların əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.

Görüşdən sonra Nyu-Yorkun Bruklin Boro inzibati rayonu ilə Bakının Səbail rayonu arasında dostluq və əməkdaşlıq haqqında protokol imzalanıb.

Daha sonra yerli Azərbaycan icmasının yaratdığı “My Way” mədəni inkişaf mərkəzinin yetirmələri milli rəqslərimizdən ibarət mədəni proqram nümayiş etdiriblər.

Mədəni hissənin sonunda çıxış edən Mariyetta Rozental Bruklin Boro inzibati rayonu Administrasiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və respublikamızın ABŞ-dakı səfirliyinə bu tədbirin təşkilinə görə xüsusi minnətdarlığını bildirib.

Həmin gün yerli Azərbaycan icması tərəfindən ölkəmizin nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Ziyafətdə Bruklin rayonu yerli hakimiyyəti rəhbəri Erik Adams iştirak edib.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə