Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

PA-dan helikopter cavabı
PA-dan helikopter cavabı
21 Noyabr 2014 / 12:35 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

“Erməni diasporu Azərbaycanın imicinə zərbə vurmağa çalışır”

“Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib.

PA rəsmisi bildirib ki, Qərbdə və Avropada bəziləri asanlıqla ermənilərin təsiri altına düşərək mövqe bildirirlər: “Təəssüf ki, həmsədrlərin mövqelərində də bu özünü vaxtaşırı biruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir”, – Novruz Məmmədov qeyd edib.

Xatırladaq ki, ATƏT-in saytında yerləşdirilmiş bəyanatda İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər. Bəyanatda bildirilib ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə