Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İş adamına “pul atan” qadın MƏHKƏMƏ QARŞISINDA
İş adamına “pul atan” qadın MƏHKƏMƏ QARŞISINDA
21 Noyabr 2014 / 12:37 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Sahibə Mahmudovanın cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Sahibə Mahmudova 2010-cu ildən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Sahibə Mahmudovanı həbs etmək mümkün olub.

Sahibə Mahmudova iş adamı Hafiz Novruzova qarşı dələduzluq edib. O, 2009-cu ilin fevralında “Azad Ticarət” MMC-nin təsisçisi və direktoru Gülnarə Ələsgərova vasitəsilə Sahibə Mahmudova ilə tanış olub və onu həmin müəssisənin baş mühasibi kimi tanıyıb. Elə həmin ilin martında Sahibə Mahmudovaya 2400 manat dəyərində mal verib. Daha sonra pullarını ala bilməyib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə