Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan XİN: Separatçı rejimlə sənəd imzalayan mer Fransa qanunlarını pozub
Azərbaycan XİN: Separatçı rejimlə sənəd imzalayan mer Fransa qanunlarını pozub
21 Noyabr 2014 / 12:39 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Fransa səfirliyi: “Paris Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər daxilində tanıyır”

Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib. Bu barədə APA-ya Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev məlumat verib. O bildirib ki, etirazın səbəbi Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında “dostluq bəyannaməsi” imzalanması ilə bağlıdır.

H. Hacıyev xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri var. Fransa bizim Avropadakı əsas tərəfdaşlarımızdan biridir. Lakin çox təəssüf ki, erməni diasporu və onların tərəfdarları iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmağa çalışırlar. Sözügedən “dostluq bəyannaməsi” də bu cür addımlardandır. Həmin şəhərin rəhbərliyi belə bir sənəd imzalamaqla, öz dövlətinin qanunlarını pozub”.

H. Hacıyev onu da əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimlə başqa dövlətlər, şəhərlər və hər hansı qurumlar arasında imzalanan sənədlər heç bir hüquqi qüvvəyə malik deyil.

“Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi sistemli şəkildə Fransanın Dağlıq-Qarabağla bağlı mövqeyini Fransanın siyasi şəxslərinə xatırladır”. Bunu isəAPA-nın sorğusuna cavab olaraq Fransanın Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirlik Fransa hökumətinin Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə heç bir əlaqə qurmadığını və özünü müstəqil elan etmiş bu qurumun Fransa hökuməti qarşısında akkreditasiyadan keçmiş hər hansı nümayəndəliyə malik olmadığını vurğulayıb: “Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər daxilində tanıyır”.

Xatırladaq ki, Dağlıq Qarabağ separatçı rejiminin təmsilçisi Narina Ağabalyanın Fransaya səfəri çərçivəsində Fransanın  Buk- Bel- Er şəhəri ilə işğal altındakı Dağlıq Qarabağın Əsgəran şəhəri arasında “Dostluq Bəyannaməsi” imzalanıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə