Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Soyuq, yağış, qar olacaq
Soyuq, yağış, qar olacaq
21 Noyabr 2014 / 13:17 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azəraycan ərazisində yağıntılı hava şəraiti davam edəcək, bəzi ərazilərə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 22-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Şimal küləyi gecəyə doğru arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 10-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Şərq küləyi axşam arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.

Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 9-14, dağlarda gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə