Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənilər savaşa hazırlaşır
Ermənilər savaşa hazırlaşır
21 Noyabr 2014 / 13:34 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Bu ölkənin Müdafiə Nazirliyində fövqəladə müşavirə keçirilib

Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında fövqəladə müşavirə keçirilib. İclasda Silahlı Qüvvələrdəki son vəziyyət, peşəkar zabit heyətinin hazırlığının təkmilləşdirilməsi məsələləri müzakirə edilib. 

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi altında keçirilən müşavirədə Silahlı Qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturov, nazir müavinləri, nazirliyin digər yüksək vəzifəli şəxsləri, idarə rəhbərləri iştirak ediblər.
Müşavirədə hərbi xidmətin təşkilinin yaxşılaşdırılması, hərbi qulluqçuların sosial-məişət, yaşayış şəraitinin yaxşılaşdırılması, həmçinin müdafiə sahəsində qanunvericilik və hüquqi islahatlara dair bir sıra məsələlər müzakirə olunub.

Görünür, erməni hərbçilərin təcili toplanması bu ölkədə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Belə ki, Azərbaycanın qanuni sərhədini pozduğuna görə noyabrın 12-də qoşunların təmas xəttində vurulan vertolyotun hələ də acısını yaşayan ermənilər əl-ayağa düşüblər. Təcili müşavirə keçirən Seyran Ohanyan yaranmış vəziyyətin ölkə üçün narahat doğurduğundan Silahlı Qüvvələrin səfərbər olunmasına, hərbi qulluqçuların sosial-məişət, yaşayış şəraitinin yaxşılaşdırılacağı vədi ilə ölkə daxilində müsbət rəy yaratmağa çalışır. Amma iqtisadi cəhətdən günbəgün sarsılan ölkədə hərbçilərin vəziyyətinin hansı mənbələr hesabına yaxşılaşdırılacağı isə sual doğurur. Belə toplantılar keçirməklə onlar özlərinə təhlükə törədənlərə və qorxu həyəcanı yaradanlara “müharibəyə hazırlaşırıq” müsajını verməyə çalışırlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə