Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Qocalar evinə qəbul üçün məndən 1400 manat istədilər” – ŞOK İTTİHAM
“Qocalar evinə qəbul üçün məndən 1400 manat istədilər” – ŞOK İTTİHAM
21 Noyabr 2014 / 13:55 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

“Üç ildir qocalar evinə düzəlmək üçün növbədəyəm. Həmin vaxt Bilgəhdəki qocalar evinə məni qəbul etmək üçün 1400 manat pul istədilər. Mənim o qədər pulum hardadır? Hansı qocalar evinə müraciət edirəmsə, yer olmadığını deyirlər.  Bəs yer yox idisə, pul verəndən sonra necə imkan olacaqdı?” (http://publika.az/p/52390)  Bu sözləri Publika.az-a 64 yaşlı Tahirə Yusifova deyir.  

Gedəcək yeri olmadığına görə, məcburiyyətdən Azərbaycan Uşaq Birliyinin sığınacağında yerləşib. Tahirə xanımın yeganə istəyi qocalar evlərinin birində yerləşdirilməsidir. Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə Publika.az-a açıqlamasında Tahirə xanımla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiklərini dedi: “Lakin müraciətimizə nə yazılı, nə də şifahi cavab verdilər. Dəfələrlə televiziyalardan da müraciət etmişik. İndi də qadına yazığım gəlir,  bu yaşında o, uşaq sığınacağında yaşamaq məcburiyyətində qalıb. Müvafiq qurumlar isə artıq onunla maraqlanmır”. T.Yusifova ilə bağlı biz də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Lakin nazirlik bizim də müraciətimizi cavabsız qoydu.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə