Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə rəmzi məna daşıyan 22 xan çinar ağacı əkilib
Gəncədə rəmzi məna daşıyan 22 xan çinar ağacı əkilib
21 Noyabr 2014 / 14:46 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə YAP-ın yaradılmasının 22 illiyinə həsr edilmiş ağac əkmə aksiyası keçirilib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının İdarə Heyətinin üzvləri, partıya fəalları və gənclər iştirak ediblər.

Gəncənin rəmzi sayılan 22 ədəd xan çinar ağacı ulu öndərin adını daşıyan möhtəşəm Heydər Əliyev Park Kompleksinin ərazisində əkilib. Əkilən ağacların məhz xan çinar olması təsadüfi deyil. Yeni Azərbaycan Partiyasının qurucusu ümummilli lider Heydər Əliyev 1980-ci ildə burada çinar ağacları əkib.

Bununla yanaşı ərazi alaq otlardan təmizlənib və əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, ağacların avtomatik damcı üsulu ilə suvarılması üçün xüsusi qurğular quraşdırılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə