Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid əsgərimiz dəfn olundu
Şəhid əsgərimiz dəfn olundu
21 Noyabr 2014 / 14:58 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Erməni silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1995-ci il təvəllüdlü Rüstəm İzzət oğlu Əzizov bu gün doğulduğu Astara rayonunun Tükəş kəndində torpağa tapşırılıb.

APA-nın məlumatına görə, dəfn mərasimində R.Əzizovun qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimində çıxış edənlər şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Şəhid R. Əzizov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Qeyd edək ki, noyabrın 20-də saat 12.45 radələrində ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsində “N” saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Rüstəm Əzizov döyüş postunda ikən düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. R.Əzizov həqiqi hərbi xidmətə Astara rayonundan çağırılıb. O, 2015-ci ilin yanvar ayında tərxis olunmalı idi.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə