Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azərsun Holdinq” Ermənistanda “Azərçay” satıldığını təsdiqlədi
“Azərsun Holdinq” Ermənistanda “Azərçay” satıldığını təsdiqlədi
21 Noyabr 2014 / 15:32 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

Afiq Səfərov: “Artıq 5 ilə yaxındır ki, biz bu mənzərə ilə rastlaşırıq”

“Azərsun Holdinq” “Azərçay” məhsulunun Ermənistan bazarında satılmasına münasibət bildirib. “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov APA-ya bildirib ki, holdinqin istehsal etdiyi qida və ərzaq məhsulları nə Ermənistana, nə də ermənistanlı iş adamlarına satılıb.

Ermənistan iqtisadiyyatının iflic, bərbad vəziyyətdə olduğunu deyən A. Səfərov əlavə edib ki, ermənilər “Azərsun Holdinq”in istehsal etdiyi qida və ərzaq məhsullarını Gürcüstandan alıb, daxili bazarda satırlar: “Ermənistanın apardığı işğalçılıq siyasəti bu ölkənin iqtisadiyyatını məhvə məhkum edib. Ermənistan iqtisadiyyatı və sənayesi tam təcrid olunmuş vəziyyətdədir. Faciəvi və bərbad durumda olan ermənilər istehlak ehtiyaclarını Gürcüstan bazarından təmin etmək məcburiyyətində qalıblar.

Nəzərə alsaq ki, Gürcüstanın qida məhsullarının əsas təminatçılarından olan Azərbaycanı bu ölkədə təmsil edən “Azərsun Holdinq”dir, yaranmış vəziyyət anlaşılandır. Erməni mağazalarında satılan “Azərçay” Gürcüstan bazarından pərakəndə satışla məşğul olan gürcülərdən alınır. Artıq 5 ilə yaxındır ki, biz bu mənzərə ilə rastlaşırıq”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə