Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda uşaqlar niyə əlil doğulur ? SƏBƏBLƏR
Azərbaycanda uşaqlar niyə əlil doğulur ? SƏBƏBLƏR
21 Noyabr 2014 / 15:35 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

“Qohum nikahlardan doğulan uşaqların fiziki qüsurlu olması ilə bağlı mənim başqa versiyam var. Bilgəh və Bakının bir neçə digər kəndində, eləcə də Masallının Günəşli kəndində apardığımız müşahidələr bu versiyanın ortaya çıxmasına səbəb olub”.

Bunu İnterpress.az-a Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. M. Zeynalovanın sözlərinə görə, həmin kəndlərdə aparılan müşahidələr versiyanın ortaya çıxmasını şərtləndirib: “Məsələn Sovet dönəmində gübrələrin saxlanma yeri Masallının Günəşli kəndində olub. Bakı kəndləri isə istixanaları ilə məşhur idi.

Bu faktor qadınlara təsir göstərir. Tarixən Azərbaycanda qohum nikahlar olub. Lakin fiziki qüsurlu uşaqların bu qədər çox olması müşahidə edilməyib. Deyilənə görə, Bakı kəndlərində bir evdə bəzən 2-3 belə uşaq dünyaya gəlir. Deməli kimyəvi gübrələrdən istifadənin dayandırılması və ekoloji təmiz məhsul məsələsinə diqqət yönəldilməlidir. “

M.Zeynalova müşahidələrdən sonra bu sahədə informasiya almaq məqsədilə Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinə müraciət olunacağını vurğulayıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə