Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Mirqədirovun həbs müddəti daha 5 ay uzadıldı
Rauf Mirqədirovun həbs müddəti daha 5 ay uzadıldı
21 Noyabr 2014 / 16:35 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddəti daha 5 ay uzadılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Virtualaz.org xatırladır ki, dünən Rauf Mirqədirovun vəkili Fuad Ağayev sensasion bəyanatla çıxış etmişdi. “MTN-in təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun həbs müddəti başa çatdığından o dərhal azadlığa buraxılmalıdır”, – deyə vəkil bildirmişdi. Vəkil bunu Rauf Mirqədirovun həbs müddətinin noyabrın 19-da başa çatması və həbsin uzadılması ilə bağlı heç bir qərar qəbul olunmaması ilə əsaslandırmışdı.

Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.

İyulun 15-də Nəsimi Rayon Məhkəməsində Rauf Mirqədirovun həbs müddətinin uzadılması barədə təqdimata baxılmış və onun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarmışdı.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə