Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əmlakkom ASAN-ın işinə qarışır? – Rəsmi
Əmlakkom ASAN-ın işinə qarışır? – Rəsmi
21 Noyabr 2014 / 16:42 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

“Bölgələrdə səyyar xidmət göstərmək və vətəndaşların işini asanlaşdırmaq üçün Komitənin etdiyi təşəbbüs qanunvericilikdə nəzərdə tutulub. ASAN Xidmət də səyyari olaraq yüksək səviyyədə vətəndaşlara xidmət edir. Ancaq bu o demək deyil ki, ASAN Xidmətin bölgələrdə təşkil etdiyi səyyar xidmətlər bizim işi görməlidir”. Bu sözləri Axar.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov bölgələrdə mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması ilə bağlı səyyar xidməti şərh edərkən dedi.

Qurum rəsmisinin sözlərinə görə, bu, Komitənin qanunla müəyyən olunmuş səlahiyyətləri çərçivəsində həyata keşirilir: “Komitə bölgələrdə daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Bu, Komitənin qanunla müəyyən olunmuş səlahiyyətidir və qurumun daxili işidir”. Q.Xəlilovun sözlərinə görə, ASAN Xidmətdə də Komitənin işçiləri var. Lakin onlar nisbətən kiçik problemlərin həlli ilə məşğuldur:

Komitə eyni zamanda ASAN Xidmətdə də təmsil olunur. Amma onlar daha xırda işləri görürlər. Cari ilin əvvəlindən Azərbaycanın bütün bölgələrinə mobil ofis xidmətimiz fəaliyyət göstərir. Əhatə dairəsinə görə bu, ASAN Xidmətin təşkil etdiyi səyyar xidmətlərlə müqayisə oluna bilməz. Məsələn, ASAN Xidmət bu gün cənub regionuna səfər edirsə, daha sonra şimal zonasına səyyar xidmət təşkil edir. Amma biz ölkə ərazisində eyni vaxtda bütün əhaliyə xidmət göstəririk. Bundan başqa, ASAN Xidmətin öz işi var, bizim öz işimiz”.

Xatırladaq ki, 18 noyabr tarixindən Komitə daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib. Kampaniya çərmivəsində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun qüvvəyə mindiyi tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilməsi üçün səyyar xidmətlərə başlayıb.

Əhalinin xüsusi rəğbəti ilə qarşılanan bu addım isə bəzən yanlış olaraq ASAN Xidmətin işi kimi qəbul edilir. Bəziləri isə “İkinci ASAN Xidmət”in yarandığını düşünür.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə