Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Avropadakı müsavatçılar: “Qurultay şəffaf keçib”
Avropadakı müsavatçılar: “Qurultay şəffaf keçib”
22 Noyabr 2014 / 11:54 / Baxış sayı: 68
Font1 Font2 Font3 Font4

Müsavat Partiyasının Almaniya, Hollandiya, İngiltərə və Belçikada yaşayan 28 üzvü partiya üzvlərinə müraciət edib.  Müraciətdə Müsavat Partiyasının son qurultayının demokratik və şəffaf keçirildiyi vurğulanıb:

“Qurultayın qərarları ilə razılaşmayan, səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvlərinin qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa, telekanallarda, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürmələri çox təəssüf doğurur”.

Müraciətə imza atan mühacir müsavatçılar qurultayın nəticələrindən narazı qalan partiya üzvlərini qurultayın qərarlarına sayğı ilə yanaşmağa, partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan fəaliyyətə son qoymağa çağırıblar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə