Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Düşmən komandanlığı: “Pilotların cəsədlərini götürdük”
Düşmən komandanlığı: “Pilotların cəsədlərini götürdük”
22 Noyabr 2014 / 12:15 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Bu dəqiqələrdə qondarma “DQR müdafiə nazirliyi” adından təmas xəttinin Ağdam istiqamətində noyabrın 12-də vurulmuş erməni vertolyotu ilə bağlı bəyanat yayılıb. Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, məlumatda noyabrın 21-dən 22-nə keçən gecə erməni qüvvələrinin vertolyotun düşdüyü ərazidə “xüsusi əməliyyat” keçirərək cəsədləri götürdüyü iddia olunur.

Qondarma rejimin “müdafiə nazirliyi” bildirir ki, Azərbaycan tərəfi cəsədlərin qaytarılması istiqamətində “rasionallıq nümayiş etdirmədiyindən” erməni qüvvələri “vertolyotun heyət üzvlərinin taleyini aydınlaşdırmaq” üçün xüsusi əməliyyat keçirib. “Döyüş tapşırığının yerinə yetirilməsi zamanı insident yerindən heyət üzvlərindən birinin cəsədi, qalan ikisinin isə cəsədlərinin qalıqları, habelə vertolyotun zəruri hissələri götürülüb” – deyə məlumatda bildirir. İşğalçı qüvvələrin komandanlığı onu da bildirir ki, əməliyyat zamanı Azərbaycan ordusunun iki hərbçisi öldürülüb. Onlardan biri snayper, digəri vertolyotun düşdüyü ərazini işıqlandıran projektorçudur.

Qondarma rejimin adından yayılan bu məlumatdan əvvəl isə erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyindəki mənbəyə istinadən bu gecə “Azərbaycan qüvvələrinin vertolyotun düşdüyü əraziyə yaxınlaşmaq istədiyi”, bu zaman atışmada iki hərbçimizin vurulduğu haqda informasiya yayılmışdı. Virtualaz.org bu məlumatla bağlı dərhal Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı ilə əlaqə saxlayıb. Vaqif Dərgahlı ötən gecə vertolyotun düşdüyü ərazidə hər hansı atışma baş verdiyini, eyni zamanda Azərbaycan silahlı qüvvələrinin itki verdiyini qətiyyətlə təkzib edib.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, erməni tərəfi bu cür yalan məlumatları yaymaqla beynəlxalq ictimaiyyətin diqqətini vertolyotla bağlı insidentin üzərində cəmləməyə çalışır.

Ardınca vertolyotun düşdüyü ərazidən cəsədlərin götürüldüyünə dair yeni məlumat yayılanda yenidən V.Dərgahlı ilə əlaqə saxladıq. Müdafiə Nazirliyinin rəsmisi bir daha bildirdi ki, gecə ərzində vertolyotun düşdüyü ərazidə heç bir atışma və xüsusi əməliyyat olmayıb. Bununla belə V.Dərgahlı ermənilərin yaydığı yeni məlumatla bağlı araşdırma aparılacağını da bildirdi.

Virtualaz.org saytı erməni tərəfinin cəsədləri götürdüyü barədə yaydığı məlumata dair  Müdafiə Nazirliyinin rəsmi münasibətini bir daha dəqiqləşdirməyə çalışır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə