Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda polis sürücünü döydü? (VİDEO)
Azərbaycanda polis sürücünü döydü? (VİDEO)
22 Noyabr 2014 / 12:36 / Baxış sayı: 46
Font1 Font2 Font3 Font4

Sürücü rayon Prokurorluğuna şikayət edib

Ağcabədidə polislə sürücü arasında yaranan narazılıq qalmaqalla nəticələnib. Bu barədə ANS PRESS-in “Qaynar xətti”nə bildiriblər. Verilən məlumata görə, Ağcabədi rayonu ərazisində Rafiq Nadir oğlu Nəzərov polis tərəfindən saxlanılıb. Polis ondan sənədlərini tələb edib. Lakin Rafiq Nəzərovun sənədləri olmayıb.Bu zaman polis onun avtomobilini cərimə meydançasına aparmaq istəyib. Lakin sürücü onlara mane olub. Arada yaranan mübahisə zamanı sürücü ilə polis arasında dava düşüb.

Verilən məlumata görə, R.Nəzərov polis tərəfindən döyülüb. Bu barədə vətəndaş rayon Prokurorluğuna şikayət edib. Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev ANS PRESS-ə açıqlamasında bildirib ki, Rafiq Nadir oğlu Nəzərov həqiqətən də prokurorluğa şikayət edib. O, açıqlamasında bildirib ki, hazırda şikayət araşdırılır.



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə