Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tağı İbrahimov ATV-ni 20 milyon manata satıb? – İDDİA
Tağı İbrahimov ATV-ni 20 milyon manata satıb? – İDDİA
23 Noyabr 2014 / 0:07 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

ATV-nin keçmiş prezidenti, diasporla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov telekanalı 20 milyon manata satıb.  Arqument.Az xəbər verir ki, bu barədə “Bizim Yol” qəzetinə İbrahimovların keçmiş ortağı “Fəqan-1″ MMC-nin təsisçisi Rauf Hüseynov bildirib.

Rauf Hüseynov bildirib ki, ATV-nin Tağı İbrahimovdan məcburi alınması, yaxud telekanalı könüllü verməsi barədə deyilənlər onun tərəfindən dövriyyəyə buraxılan şayiələrdir: ”Ona məxsus televiziya kanalını 20 milyon manata satıb, amma kanalın əlindən alındığı və ya özünün könüllü verdiyi şayiələrini yayır. Bunu maliyyə qarşılığında satıb, niyə havayı verdiyini iddia edir, bunu anlamaq mənə çətindir”.

Qeyd edək ki, ATV 2012-ci ildə Ibrahimovlardan alınıb. O zaman yayılan məlumatlarda bildirilirdi ki, telekanalın Ibrahimovlardan alınması onlar üçün gözlənilməz olub. Deyilirdi ki, həmin vaxt Tağı İbrahimov Istanbuldan təcili Bakıya çağırılıb və gecə ilə ona televiziyanı təhvil verməli olduğu deyilib. Ona deyilib ki, özü və qardaşı Natiq Ibrahimov kabinetlərini təcili boşlatmalıdırlar.

arxiv.bizimxeber.az

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə