Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni helikopterini vuran çavuş doğma kəndində
Erməni helikopterini vuran çavuş doğma kəndində
23 Noyabr 2014 / 13:40 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4

Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus vertolyotu Azərbaycan ərazisində məhv edən hərbçimiz evindədir. Lent.az-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, Ağdam istiqamətində mövqelərimizə hücuma cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri açdığı atəşlə məhv edən müddətdən artıq hərbi qulluqçu İlkin Muradov doğma kəndi Xolqarabucaqdadır.

Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə tərəfindən mükafatlandırılan İlkin valideynləri ilə görüşmək imkanı qazanıb. Neftçala rayonun Xolqarabucaq kəndində indi qocalı, cavanlı hamı Muradovlar ailəsinə baş çəkib sevinclərinə şərik olur. İlkini sürprizlə qarşılayanlar da var.

Onun üçün mahnı da bəstələyiblər. Bu mahnının sədaları altında İlkinlə həmsöhbət olmaq hamı kimi bizə də qurur verirdi: “Vur komandir vur, gəlir bu mənfur, düşməni susdur, sərhəddi pozur. Vur komandir vur”. 2 bacının bir qardaşı, ailənin ilki olan 24 yaşlı İlkinin gəlişinə sevinən atanın hisslərinə isə yəqin ki bütün atalar şərik çıxardı. Bu gün Xolqarabucaq kəndi sevinc içindədir. Bu sevinci doğuransa İlkinin daha böyük döyüş uğurlarına imza atacağına və qələbə gününün çox da uzaqda olmayacağına inam hissidir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə