Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Veysəloğlu “Qan ver-xilas et!” adlı qanvermə aksiyasını həyata keçirdi
Veysəloğlu “Qan ver-xilas et!” adlı qanvermə aksiyasını həyata keçirdi
24 Noyabr 2014 / 10:22 / Baxış sayı: 270
Font1 Font2 Font3 Font4

Veysəloğlu Şirkətlər Qrupu noyabrın 22-də “Qan ver-xilas et!” adlı qanvermə aksiyasını həyata keçirdi. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət idi.

Könüllülük prinsipi əsasında keçirilən aksiyada 300 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib.

Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən bu aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılandı.

Xatırladaq ki, “Talassemiya” dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur. Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə