Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var
Bakıda polis rəisinin maşını dəhşətli qəzaya düşdü: ölən var
24 Noyabr 2014 / 10:29 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4
Polis Bölməsinin rəisinin sürücüsü qəzada dünyasını dəyişib 
 
Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsini Bakı-Ələt magistralına birləşdirən hissədə polis baş serjantı, 1977-ci il təvəllüdlü Mürsəlov Rüstəm Eldar oğlunun idarə etdiyi 90 AP 050 nömrə nişanlı “Kia Sportage” markalı avtomobil “Daf” markalı qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə R.Mürsəlov ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda keçinib.
 Lent.az-ın verdiyi məlumata görə, qəzaya uğrayan avtomobil Qaradağ rayon Polis İdarəsi, 38-ci Polis Bölməsinin rəisi Turab Paşayevin xidməti avtomobili olub. Qəzada dünyasını dəyişən R.Mürsəlov isə polis baş serjantıdır və bölmə rəisi T.Paşayevin sürücüsü olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
 
Qeyd edək ki, qəzaya səbəb kimi yağmurla hava şəraitində sürət həddinin və ara məsafəsinin düzgün seçilməməsi göstərilir.
 
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə